“Türkiyədə birinci yerdəyik və bu baxımdan iddialıyıq", H.Seyran

4 min illik tarixi sivilizasiyaya ev sahibliyi edən Elazığın yeməkləri dünyaya tanıdılıb

2068965
“Türkiyədə birinci yerdəyik və bu baxımdan iddialıyıq", H.Seyran
elazig gastronomi.jpg
elazig gastronomi eriste peynirli ekmek.jpg
elazig gastronomi eriste bumbar.jpg
elazig gastronomi eriste kebabi.jpg
elazig gastronomi.jpg

 

  Türkiyənin Elazığ rayonu qastronomiya ilə məşhur olan nadir şəhərlərdən biridir.

  4 min illik tarixi sivilizasiyaya ev sahibliyi edən Elazığın yeməkləri dünyaya tanıdılıb.

  Elazığ Bələdiyyəsi ilə Elazığ Qastronomiya Mədəniyyət və Turizm Dərnəyi tərəfindən hazırlanan, Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Departamentinin dəstək verdiyi “Yaşlanmayan Elazığ yeməkləri və zəlzələ yaralarını qastranomiya ilə sağaldan layihə” əsasında seminar keçirilib.

  Tədbir böyük marağa səbəb olub. İştirakçılar Elazığ bölgəsinə aid 100 yeməyin dadına baxıblar.

  Elazığ Qastronomiya Mədəniyyət və Turizm Dərnəyinin sədri Harun Seyran "İllərdir Elazığ yeməklərini qeydə alırıq. 1300 cür mətbəx çeşidimizlə Türkiyədə birinci yerdəyik və bu baxımdan iddialıyıq" deyib.



Әlaqәli Xәbәrlәr