İstanbul “Qlobal Şəhərlər İndeksi”ndə 25-ci yerə yüksəlib

İstanbul beynəlxalq konsaltinq şirkəti Kearneyin “Qlobal Şəhərlər İndeksi”ndə bu il üç pillə yüksələrək 25-ci yerdə qərarlaşıb.

2063913
İstanbul “Qlobal Şəhərlər İndeksi”ndə 25-ci yerə yüksəlib

İstanbul beynəlxalq konsaltinq şirkəti Kearneyin “Qlobal Şəhərlər İndeksi”ndə bu il üç pillə yüksələrək 25-ci yerdə qərarlaşıb.

"Kearney" tərəfindən hazırlanan "Qlobal Şəhərlər İndeksi"nin 2023-cü il məlumatları açıqlanıb.

Qlobal iqtisadiyyata liderlik edən şəhərləri müəyyən edən indeksdə ötən il 28-ci yerdə olan İstanbul bu il 25-ci yerə yüksəlib.

İndeksin kriteriyalarından biri olan “mədəni təcrübə” sahəsində qısa zamanda əldə edilən sürətli irəliləyiş İstanbulun yüksəlişinə mühüm töhfə verib.

İstanbul Hava Limanının açılışı ilə şəhərin “səyahət mərkəzi” kimi yer alması və beynəlxalq ziyarətçilərin sayındakı böyük artım İstanbulun “mədəni təcrübə” baxımından 5 il ərzində 20 pillə irəliləyərək 15-ci yerə yüksəlməsini təmin edib.

Kearney" tərəfindən edilən qiymətləndirmədə beynəlxalq məktəblərin və qardaş şəhərlərin çox olması da İstanbulun güclü tərəfləri arasında nəzərə alınıb.

Verilən məlumata görə, şəhərləri qlobal iqtisadiyyata açıqlıq və inteqrasiyaya görə sıralayan araşdırmanın zirvəsində, Amerikanın Nyu-York şəhəri birinci, İngiltərənin paytaxtı London ikinci, Fransanın paytaxtı Paris isə birinci yeri alıb.



Әlaqәli Xәbәrlәr