Antalyaya daha çox hansı ölkələrdən turist gəlir?

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə ...

2043103
Antalyaya daha çox hansı ölkələrdən turist gəlir?

 

  Antalya ilin 2023-cü ilin ilk 8 ayında ən çox Rusiya və Almaniyadan turist qəbul edib.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yanvarın 1-dən avqustun 31-dək şəhərə 10 milyon 835 min 204 nəfər gəlib ki, bunun 10 milyon 209 min 855-i əcnəbi, 625 min 349-u isə xaricdə yaşayan Türkiyə vətəndaşlarıdır.

  Bu dövrdə Antalyaya ən çox turist göndərən ölkələr arasında 2 milyon 379 min 216 turistlə Rusiya birinci olub. Ötən ilin eyni dövrü ilə müqayisədə rusiyalı turistlərin sayı 32,5 faiz artıb.

  Rusiyadan sonra 2 milyon 108 min 816 adamla Almaniya gəlir. Almaniyalı turistlərdə 17,34 faiz artım olub.

  Üçüncü yerdə 14,58 faiz artımla Böyük Britaniya, dördüncü yerdə 39,2 faizlə Polşa, sonra Hollandiya, Qazaxıstan və Rumıniyadır.  

  Təkcə avqust ayında Antaliyaya ötən illə müqayisədə 10,45 faiz artımla 2 milyon 604 min 832 turist gəlib.



Әlaqәli Xәbәrlәr