Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edildi

Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.

2041871
Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edildi

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.

Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ölkə mədəniyyətinin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.

Qeyd edək ki, Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.

2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.

Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub.

Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.



Әlaqәli Xәbәrlәr