Kruiz gəmiləri Çanaqqalaya yan alır

Son illər kruiz gəmilərinin üstünlük verdiyi Çanaqqalaya müxtəlif ölkələrdən gələn xarici qonaqlar əsasən Troya antik şəhəri, Troya müzeyi, Assos və tarixi Gelibolu yarımadasını gəzirlər

2005275
Kruiz gəmiləri Çanaqqalaya yan alır

 

  2023-cü ilin sonuna qədər 43 nəhəng kruiz gəmisi ilə Çanaqqalanın mərkəzi Kəpəz qəsəbəsində yerləşən limana 20 mindən çox sərnişinin gəlməsi gözlənilir.

  Son illər kruiz gəmilərinin üstünlük verdiyi Çanaqqalaya müxtəlif ölkələrdən gələn xarici qonaqlar əsasən Troya antik şəhəri, Troya müzeyi, Assos və tarixi Gelibolu yarımadasını gəzirlər.

  Fransa bayraqlı 187 metr uzunluğunda "Club Med-2" gəmisi dünyanın ən böyük yelkənli kruiz gəmilərindən biridir. 305 sərnişin həcminə malik gəmidə 201-ə yaxın ekipaj var.

  “Club Med-2”nin kapitanı Adrian Qaylak (Adrien Gailhac) Çanaqqalanın onların marşrutu üzərində mühüm şəhər olduğunu bildirərək deyib: “Sərnişinlərin əksəriyyəti buranı görmək istəyir. Troya və Gelibolu yarımadasının tarixi ilə maraqlanırlar.”

  “Club Med” şirkətinin kruiz ticarət meneceri Səidə Dridi bundan əvvəl bir neçə dəfə Çanaqqalaya fərdi səfər etmək fürsəti olduğunu bildirib: “Çanaqqala hər cür turizmə ev sahibliyi edən nadir şəhərlərdən biridir, dənizi var, yaşıllığı var - hər şeyi var.”

  “Club Med-2” Çanaqqalanın bu il qəbul etdiyi 16-cı gəmidir. 2023-cü ildə Çanaqqala limanında ümumilikdə 43 gəmi ilə 20 mindən çox sərnişinin enməsi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr