Özbəkistanda Şuşa

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki...

1986865
Özbəkistanda Şuşa
Özbəkistan_Şuşa tədbiri_02.jpg

 

  Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş tədbir keçirilib.

  Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bayram tədbiri Şuşadakı “Xarıbülbül” beynəlxalq festivalı çərçivəsində gerçəkləşdirilib.

  Tədbirdə çıxış edən mərkəzin idarə heyətinin sədri Mobil Məmmədov qədim Şuşa şəhəri barədə məruzə ilə çıxış edib. Sonra bu yaxınlarda Şuşaya getmiş kinorejissor Eldar Məmmədovun mədəniyyət paytaxtından bəhs edən sənədli filmi nümayiş olunub.

  Özbəkistandakı Şuşa tədbirində “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzi idarə heyətinin sədri Xasay Abdullayev, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, əslən şuşalı olan Əli Nəsirli, Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Gənclər Mərkəzinin sədri, Şuşada keçirilmiş Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı Həzrətəli Sarızadə qədim Şuşa ilə bağlı unudulmaz təəssüratlarını və Qarabağın adı çəkiləndə hər bir azərbaycanlının hiss etdiyi sevinci bölüşüblər. Sonra mərkəzin gənc fəallarının Şuşaya həsr etdikləri təqdimat nümayiş etdirilib, məktəblilərin ifasında Azərbaycan və rus dillərində Şuşaya və Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib.

  Konsert proqramı ilə davam edən tədbirin sonunda iştirakçılara fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub.

  Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinə dair təşkil olunmuş sərgidə Şuşa şəhərinə həsr olunmuş guşə yaradılıb.

 



Әlaqәli Xәbәrlәr