İstanbul Film Festivalı başladı

İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) tərəfindən cari il 42-ci dəfə təşkil edilən İstanbul Film Festivalı Kadıköy Bələdiyyəsi Süreyya Operasında keçirilən açılış mərasimi ilə başlayıb.

1971364
İstanbul Film Festivalı başladı

İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) tərəfindən cari il 42-ci dəfə təşkil edilən İstanbul Film Festivalı Kadıköy Bələdiyyəsi Süreyya Operasında keçirilən açılış mərasimi ilə başlayıb.

Açılışda “Kino fəxri mükafatı”nın birincisi aktyor Kayhan Yıldızoğluna təqdim edilib. Yıldızoğlu mərasim gecəsinə qatıla bilməyib, mükafatı nəvəsi Zeynəb Aybar alıb.

Festivalın ikinci “Kino fəxri mükafatı” kino və seriallardakı çıxışları, dublyaj sənətçisi kimi uğurları ilə adından söz etdirən Nevra Serezliyə təqdim edilib.

Əli İhsan Varolun ev sahibliyi etdiyi 42-ci İstanbul Film Festivalının açılış mərasimində Festivalın Kino Fəxri Mükafatları ilə yanaşı, festivalın reallaşmasında əməyi olan qurum və təşkilatlara təşəkkür üçün xatirə nişanları təqdim edilib.

Mərasimdən sonra "Sundance Film Festivalı"nda "Dünya Kinosu" dram kateqoriyasında "Böyük Jüri Mükafatı"na layiq görülən Şarlotta Reqanın rejissorluğu ilə "Döyüşçü" filmi nümayiş olunub.

42-ci İstanbul Film Festivalı çərçivəsində 12 gün ərzində 14 bölmədə 84 ölkədən 160 rejissorun 134 bədii və 29 qısametrajlı filmi nümayiş olunacaq.

Türkiye və dünya kinosunun keyfiyyətli və mükafatlı filmləri, ulduz aktyorları və usta rejissorları aprelin 18-dək festival izləyiciləri ilə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr