“Tavuri” sənədli filmi “True-False" festivalında

Türkiyəli kinorejissor və prodüser Dərviş Zaimin “Tavuri” sənədli filmi ABŞ-da keçirilən “True-False film festivalına dəvət alıb

1952082
“Tavuri” sənədli filmi “True-False" festivalında

 

Türkiyəli kinorejissor və prodüser Dərviş Zaimin “Tavuri” sənədli filmi ABŞ-da keçirilən “True-False film festivalına dəvət alıb.

2023-cü ilin mart ayının 2-5-i tarixləri arasında Kolumbiya ştatının Missuri şəhərində 20-ci dəfə keçiriləcək festival qeyri-bədii kino təcrübəsini inkişaf etdirmək və genişləndirmək məqsədi daşıyır. Sənətçiləri bir araya gətirən və müsabiqə bölməsi olmayan festivalda bu il dünyanın müxtəlif ölkələrindən 33 tammetrajlı qeyri-bədii sənədli film nümayiş olunacaq. Həmin filmlər arasında Dərviş Zaimin əvvəlki filmlərindən mövzu, janr və yanaşma baxımından fərqlənən sənədli filmi “Tavuri” də iştirak edir.

Qeyd edək ki sənədlidə “Tavuri” ləqəbli Mustafa Serttaşın həyatından bəhs edilir.

 



Әlaqәli Xәbәrlәr