“Kədər üçbucağı” 95-ci “Oskar” mükafatına namizəd olub

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) birgə istehsalı olan “Kədər üçbucağı” 95-ci “Oskar” mükafatına Ən Yaxşı Film, Ən Yaxşı Rejissor və Ən Yaxşı Orijinal Ssenari nominasiyalarında namizəd olub.

1937506
“Kədər üçbucağı” 95-ci “Oskar” mükafatına namizəd olub

TRT xəbər verir ki, “Oskar Mükafatları” martın 12-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatının Los-Anceles şəhərindəki Dolby Teatrında baş tutacaq mərasimlə sahiblərini tapacaq.

Keçən ilin may ayında dünya premyerasını etdiyi və Kann Film Festivalında “Ən yaxşı film mükafatı” hesab edilən “Qızıl Palma” mükafatını qazanan prodüser, kino sahəsində də ən nüfuzlu mükafat mərasimlərində yarışıb və mükafatlar ilə qayıdıb.

Rejissoru Ruben Östlund olan film Britaniya Film və Televiziya Akademiyası tərəfindən bu il 76-cı dəfə təqdim ediləcək “BAFTA Mükafatları”nda “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı aktyor heyəti” və “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyalarına da nemizəd göstərilib.

Fransa, Almaniya, Türkiyə, İngiltərə, İsveç, İsveçrə, ABŞ və Yunanıstanın birgə istehsalı olan “Kədər üçbucağı” gənc model cütlük Karl və Yayanın milyarder sərnişinlərlə super lüks kruizdə olan hekayəsindən bəhs edir.



Әlaqәli Xәbәrlәr