“İstiotlu Adana tostu”nun qalibi avstraliyalı oldu

Tostçu Mahmut İdarə Heyətinin sədri Mehmet Karaca sosial media hesablarından Adana tostunu tanıtmaq üçün istiotlu tost yemək yarışı təşkil etdiklərini açıqlamışdı

1936230
“İstiotlu Adana tostu”nun qalibi avstraliyalı oldu
acili adana tostu yeme yarismasi.jpg
acili adana tostu yeme yarismasi.jpg

 

  Adanada ilk dəfə beynəlxalq iştirakın da olduğu “İstiotlu Adana tostu” (Acılı Adana Tostu) yemək yarışının qalibi 10 dəqiqədə 10 tost yeyən avstraliyalı Ceyms Vebbi (James Webby) oldu.

  Tostçu Mahmut İdarə Heyətinin sədri Mehmet Karaca sosial media hesablarından Adana tostunu tanıtmaq üçün istiotlu tost yemək yarışı təşkil etdiklərini açıqlamışdı.

  Sacda bişirilən sucuk (Türkiyə kolbasası), yumurta, pomidor və ədviyyatla qarışdırılıb çörəklə birləşən, preslənən məşhur tost üçün bu dəfə xarici qonaqlar da Adanaya gəlmişdi.

  Yarışda avstraliyalı Ceyms Vebbi 10 dəqiqədə 10 istiotlu tost yeyərək 1-ci oldu və 500 dollar pul mükafatını qazandı. Rəqibi, adanalı Agit Tumur isə tostdan ancaq 4 dənəsini yeyə bildi.

  İstiotlu tostu çox bəyəndiyini söyləyən Vebbi bunu ölkəsində təbliğ edəcəyini deyib.

 



Әlaqәli Xәbәrlәr