“Hüzün Üçgeni” BAFTA mükafatlarına üç nominasiyada namizəd olub

TRT-nin birgə istehsalı olan “Hüzün Üçgeni” (Triangle of Sadness) filmi Böyük Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının BAFTA mükafatlarına namizəd olub.

1935748
“Hüzün Üçgeni”  BAFTA mükafatlarına üç nominasiyada namizəd olub

Türkiye Radio və Televiziya Qurumunun (TRT) birgə istehsalı olan “Hüzün Üçgeni” (Triangle of Sadness) filmi Böyük Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının BAFTA mükafatlarına namizəd olub.

TRT-nin verdiyi məlumata görə, film bu il 76-cı BAFTA mükafatına "Ən yaxşı orijinal ssenari", "Ən yaxşı aktyor heyəti" və "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyalarında namizəd olub.

Oskarların müjdəçisi sayılan BAFTA Mükafatları fevralın 19-da Londondakı Royal Festival Hallda keçiriləcək mərasimlə sahiblərinə təqdim ediləcək.

Türkiye, İsveç, Fransa, ABŞ, İngiltərə, İsveçrə və Yunanıstanın birgə istehsalı olan "Hüzün Üçgeni" gənc model cütlük Karl və Yayanın milyarder sərnişinlərlə birlikdə super lüks gəmidə səyahətindən bəhs edir.



Әlaqәli Xәbәrlәr