Skandinaviyada ilk dəfə Göktürk kitabələri yazı sistemi aşkar edildi

Oslo Mədəniyyət Tarixi Muzeyindən verilən məlumata görə...

1934371
Skandinaviyada ilk dəfə Göktürk kitabələri yazı sistemi aşkar edildi

 

  Norveçdə runik əlifbasının yazıldığı, dünyanın ən qədim daşları olduğu düşünülən artefakt aşkar edilib.

  Göktürk kitabələri yazı sistemi olan runik əlifbasındakı lövhə 2021-ci ilin payızında Norveçin paytaxtı Oslonun qərbindəki Tiriford (Tyrifjord) gölü yaxınlığında aparılan qazıntılar zamanı tapılıb.

  Yazıdakı "idiberug" sözünün kişi və ya qadın adı olduğu ehtimal edilir.

  Oslo Mədəniyyət Tarixi Muzeyindən verilən məlumata görə, düz və dördkünc qəhvəyi qumdaşı Skandinaviyada yazılmış ən qədim yazı nümunəsi sayıla bilər. Bu artefakt indiyə qədər tapılmış ən qədim runik yazılarından biri və indiyədək ortaya çıxan ən qədim runik daşıdır.

  Oslo Universitetinin professoru Kristel Zilmer deyib: “Kitabəni araşdırmaq və yazılma tarixini təyin etmək üçün aylar sonra ictimaiyyətə açıqladıq. Yazı Erkən Dəmir dövründə runik əlifbasının istifadəsini öyrənmək baxımından maraqlıdır. Kitabə Norveç və Skandinaviyada runik əlifbasından istifadə ilə bağlı ilk araşdırmalardan sayılır. Yazıda linqvistik məna daşımayan başqa işadələr də var”.

  Qeyd edək ki, kitabə yanvarın 21-dən etibarən 1 ay müddətində Oslo Mədəniyyət Tarixi Muzeyində sərgilənəcək.



Әlaqәli Xәbәrlәr