Məşhur aktyordan pərəstişkarlarına təşəkkür mesajı

Məşhur aktyor Ceremi Renner reanimasiyadan pərəstişkarlarına təşəkkür mesajı göndərib.

1928392
Məşhur aktyordan pərəstişkarlarına təşəkkür mesajı

Aktyor instaqram hesabında xəstə yatağındakı fotosunu paylaşıb.

51 yaşlı aktyor paylaşdığı fotoya, “xoş sözləriniz üçün təşəkkür edirəm. İndi yazmaq üçün çox dağınığam. Amma hamınıza sevgilərimi göndərirəm” sözlərini yazıb.

Xatırladaq ki, Renner bazar günü ABŞ-da Nevada ştatında evinin həyətindəki qarı təmizləyərkən qəza keçirib. 6,5 tonluq qartəmizləyən maşının altında qalan aktyor əməliyyat olunub.

İki dəfə Oskar mükafatına namizəd olan Renner daha çox “Marvel” serialının superqəhrəmanı “Hawkeye” obrazı ilə tanınır.



Әlaqәli Xәbәrlәr