Hasankeyfdə 800 il yaşlı su şəbəkəsi aşkarlandı

Artuklu Universitetinin Ədəbiyyat fakültəsinin İncəsənət Tarixi kafedrasının dosenti Zekai Erdalın başçılığı ilə arxeoloji elmi qrup tərəfindən aparılan qazıntı işlərində uzunluğu 6,5 kilometr olduğu düşünülən su şəbəkəsinin 2 kilometri ortaya çıxarılıb

1906229
Hasankeyfdə 800 il yaşlı su şəbəkəsi aşkarlandı

 

  Türkiyənin Batman rayonunun Hasankeyf qəsəbəsindəki tarixi Hasankeyf qalasında aparılan arxeoloji qazıntılar çərçivəsində aparılan çöl araşdırmasında Artuqlular dövründən qalma 800 il yaşlı su şəbəkəsi aşkarlanıb.

  Mardindəki Artuklu Universitetinin Ədəbiyyat fakültəsinin İncəsənət Tarixi kafedrasının dosenti Zekai Erdalın başçılığı ilə arxeoloji elmi qrup tərəfindən aparılan qazıntı işlərində uzunluğu 6,5 kilometr olduğu düşünülən su şəbəkəsinin 2 kilometri ortaya çıxarılıb.

  Torpağın topoqrafik quruluşuna görə müəyyən edilib ki, su şəbəkəsinin içməli suyu aşağıdan Həsənkeyf qalasına aparan hissəsi qayaların oyularaq tünel qazılması, bir hissəsi isə yerin üstündə su kanalı şəklində tikilib.



Әlaqәli Xәbәrlәr