Antaliyada Roma dövrünə aid tərsanə üzə çıxarıldı

Aralıq dənizi Universiteti (AU) Orta Əsr Arxeologiyası kafedrasının (Akdeniz Üniversitesi (AÜ) Ortaçağ Arkeolojisi Ana Bilim Dalı) Alanya Qalası Arxeoloji Qazıntılar Qrupunun rəhbəri professor Osman Eravşar sözügedən mövsu ilə bağlı deyib...

1893945
Antaliyada Roma dövrünə aid tərsanə üzə çıxarıldı

 

  Türkiyənin Antaliya rayonunun Alanya qəsəbəsində tarixi Alanya qalasının Kızılkule qarşısındakı Soğukkapı çimərliyində sualtı arxeoloji qazıntılar zamanı Roma dövrünə aid tərsanə (gəmiqayırma zavodu) tapılıb.

  Uzun illər Roma, Bizans, Səlcuqlu və Osmanlı sivilizasiyalarına ev sahibliyi edən Alanya qalası memarlıq quruluşu, divarları, tərsanə və Kızılkule ilə diqqət çəkir.

  Ellinistik dövrdə yarımadada 10 hektar sahədə inşa edilən və ətrafı 6 kilometr uzunluğunda divarlarla əhatə olunmuş Alanya qalası yerli və xarici turistlərin üz tutduqları yerlər sırasındadır.

  Aralıq dənizi Universiteti Orta Əsr Arxeologiyası kafedrasının (Akdeniz Üniversitesi (AÜ) Ortaçağ Arkeolojisi Ana Bilim Dalı) Alanya Qalası Arxeoloji Qazıntılar Qrupunun rəhbəri professor Osman Eravşar sözügedən mövsu ilə bağlı deyib: "Qazıntılar zamanı suyun altından tərsanə qalıqları aşkar edilib. Roma dövrünə aid tərsanə dəniz altında maili səthdə ortaya çıxıb. Bu tərsanə Səlcuqlular dövründə inşa edilən Alanya Gəmiqayırma Zavodunun ölçüsünə yaxındır. İndiki mərhələdə tərsanə sahəsinin ölçüləri və memarlıq quruluşunu müəyyən etmək üzərində işləyirik.”



Әlaqәli Xәbәrlәr