Rusiya “Oscar”a film göndərməyəcək
Rusiya Milli Kino Sənəti və Elmləri Akademiyasından verilən yazılı açıqlamada bildirilir...
1885766
Rusiya Milli Kino Sənəti və Elmləri Akademiyası 2023-cü ilə “Oscar” mükafatları üçün film göndərməmək qərarına gəlib.
Akademiyadan verilən yazılı açıqlamada bildirilir: “Rusiya Kino Akademiyası İdarə Heyəti 2023-cü il üçün “Oscar” mükafatları üçün yerli filmlərdən göndərilməməsinə qərar verdi”.
Qeyd edək ki, Kino Sənəti və Elmləri Akademiyası 95-ci Oskar Mükafatları Mərasiminin 12 mart 2023-cü ildə keçiriləcəyini açıqlayıb.