“Səma məbədi”nin qalibləri bəlli oldu

Çində keçirilən XII Pekin Beynəlxalq Film Festivalında 9 nominasiya üzrə verilən “Tietan” (Səma məbədi) mükafatının qalibləri məlum olub

1870462
“Səma məbədi”nin qalibləri bəlli oldu

 

  Çində keçirilən XII Pekin Beynəlxalq Film Festivalında 9 nominasiya üzrə verilən “Tietan” (Səma məbədi) mükafatının qalibləri məlum olub.

  20 avqust axşamı keçirilən mərasimdə mükafatlar öz sahiblərinə verilib.

  “Covid-19” məhdudiyyətləri səbəbindən çəkiliş qruplarının onlayn video bağlantıları ilə qatıldığı mərasimdə müsabiqə bölməsindəki 16 filmdən 7-si mükafatlandırılıb.

  Finlandiyanın "Titaniki görmək istəməyən kor adam" (Blind Man Who Didn't Want To See Titanic) filmi "Ən yaxşı film", ssenari müəllifi Teemu Nikki "Ən yaxşı ssenari müəllifi", baş rol ifaçısı Petri Poikolainen "Ən yaxşı aktyor" olub.

  Fransa rejissoru Fabien Gorgeart "Ailə" (The Family) filminə görə "Ən yaxşı rejissor", isveçrəli Silvan Hillmann "İğtişaş"a (Unrest) görə "Ən yaxşı operator", Fransa bəstəkarı İren Dresel "Bütün vaxt"a (Full Time) görə "Ən yaxşı musiqi" mükafatlarını alıblar.

  Çin aktrisası Vu Yanshu "Bahar mahnısı"na (Song of Spring) görə "Ən yaxşı aktrisa", Boliviya aktyoru Santos Çoke (Choque) "Utama"ya görə "Ən yaxşı ikinci rol aktyoru" və amerikalı aktrisa Siqurni Uiver (Sigourney Weaver) "Ceynə zəng elə" (Call Jane) filminə görə “Ən yaxşı yardımçı aktrisa" mükafatlarına layiq görülüblər.

  İsveçrənin “İğtişaşlar” filmi həm də “İncəsənətə töhfə” mükafatı alıb.



Әlaqәli Xәbәrlәr