TRT-nin ortaq istehsalı olan film Avropa Parlementinin mükafatına layiq görülüb

"LUX" Avropa Film mükafatı Fransanın Strasburq şəhərində AP Baş Assambleyası zamanı təqdim olunub.

1840405
TRT-nin ortaq istehsalı olan film Avropa Parlementinin mükafatına layiq görülüb

Avropa Parlamenti (AP) və Avropa Film Akademiyası tərəfindən təqdim edilən ənənəvi kino mükafatına cari il bosniyalı rejissor Jasmila Zbanicin Srebrenitsa qətliamından bəhs edən TRT-nin ortaq istehsalı olan “Quo Vadis, Aida?/Hara gedirsən Aida” filmi layiq görülüb.

"LUX" Avropa Film mükafatı Fransanın Strasburq şəhərində AP Baş Assambleyası zamanı təqdim olunub.

Mükafatı AP-nin sədri Roberta Metsoladan alan bosniyalı rejissor Zbaniç Srebrenitsa qətliamı ilə bağlı filmini hazırlayarkən Bosniya və Herseqovinadakı müharibəni Avropadakı son müharibə kimi gördüyünü bildirib.

Avropa Parlamentinin deputatlarına müraciət edən Zbaniç "Avropalıların Ukraynada müharibəyə necə icazə verdiklərini anlamıram. Hamınızı Ukraynadakı müharibəni bitirmək üçün bir yol tapmağa çağırıram" deyib. 

AP-nin sədri Metsola bildirib ki, film Srebrenitsada qadınlar və analar üçün ədalətə güclü çağırışdır.

O, “İnsanlığa qarşı belə bir cinayət heç vaxt unudulmamalıdır” deyib.

Mükafatlandırma mərasimi zamanı Srebrenitsa və Zepa Analar Dərnəyinin sədri Munira Subaşiç də millvt vəkillərinə müraciət edərək, "Ukraynada analar ağlayır, övladlarının sümüklərini axtarır. Sizdən xahiş edirəm, Ukraynadakı müharibəni dayandırın ki, heç olmasa bir az az ana əziyyət çəksin” ifadələrdən istifadə edib.

Bosniya və Herseqovina, Avstriya, Hollandiya, Fransa, Polşa, Norveç, Almaniya, Rumıniya və Türkiyənin birgə istehsalı olan “Quo Vadis, Aida?/Hara gedirsən Aida” filmi 1995-ci ilin yayında Srebrenitsada sülhməramlılar üçün tərcüməçi olmuş Aidanın hekayəsindən bəhs edir.

Srebrenitsadakı hadisələr ailəsi Birləşmiş Millətlər düşərgəsində olan Aida müəllimin gözündən şərh edilir.

Xatırladaq ki, film bundan əvvəl Avropa Film Akademiyasının təşkil etdiyi 34-cü Avropa Film Mükafatlarında ən yaxşı film mükafatını qazanmışdı.



Әlaqәli Xәbәrlәr