“YTB Türkcə” mükafatlarını təşkil edəcək

YTB türk diasporu daxilində ədəbiyyat sahəsindəki istedadları üzə çıxarmaq məqsədilə dördüncü dəfə “YTB Türkcə ” mükafatlarını təşkil edəcək.

1834713
“YTB Türkcə” mükafatlarını təşkil edəcək

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsi (YTB) türk diasporu daxilində ədəbiyyat sahəsindəki istedadları üzə çıxarmaq məqsədilə dördüncü dəfə “YTB Türkcə ” mükafatlarını təşkil edəcək.

YTB-dən verilən yazılı açıqlamaya görə, müsabiqəyə hekayə, şeir və ilk kitab sahələri ilə yanaşı, diaspor uşaq ədəbiyyatı janrı da daxil ediləcək.

Ümumilikdə beş kateqoriya üzrə keçiriləcək müsabiqədə hər bir kateqoriya üzrə ayrıca seçim komissiyası yaradılacaq. Seçim komissiyası tərəfindən əsas götürüləcək qiymətləndirmə meyarları arasında; Türkcənin düzgün və təsirli istifadəsi müraciət edilən kateqoriyanın qrammatikası, orijinallığı, forması və texniki xüsusiyyətləri ilə minimum uyğunluğu olan bir üslub olacaq.

Bundan əlavə, müsabiqəyə daxil ediləcək əsərin türk diaspor ədəbiyyatı istehsalını artırması, zənginləşdirməsi, bu janra yeni qapılar açması da dəyərləndirmə baxımından vacibdir.

Müsabiqənin məqsədi xaricdə yaşayan vətəndaşların öz doğma dilləri olan türkcədə bilik və ifadə bacarıqlarını artırmaq və türk diasporuna xas ədəbiyyat sahəsində yeni təşəbbüslər təqdim etməkdir.

Müsabiqədə iştirak etmək istəyənlər 30 iyun tarixinədək “obys.ytb.gov.tr” ünvanına müraciət edə bilərlər. Müsabiqənin qalibləri sentyabrın 1-də elan olunacaq.



Әlaqәli Xәbәrlәr