Türk mətbəxi həftəsi çərçivəsində bir çox ölkədə tədbirlər keçirilir

Türk mətbəxinin bənzərsiz dadları Fransa, Gürcüstan, Serbiya, İraq və Norveç başda olmaqla dünyanın fərqli ölkələrində keçirilən tədbirlərdə iştirakçılara təqdim edilib.

1832418
Türk mətbəxi həftəsi çərçivəsində bir çox ölkədə tədbirlər keçirilir
paris turk mutfagi.jpg
turk mutfagi haftasi.jpg
turk mutfagi haftasi.jpg
turk mutfagi haftasi.jpg

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın rəhbərliyi ilə təşkil edilən “21-27 May Türk mətbəxi həftəsi” çərçivəsində bir çox ölkədə tədbirlər keçirilir.

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Fransanın paytaxtı Parisdəki mənzil-qərargahında “Türk mətbəxi həftəsi” çərçivəsində keçirilən tədbirə böyük diqqət yetirilib.

Tədbirə xarici diplomatlar başda olmaqla məşhur “Le Cordon Bleu” aşpazlıq məktəbinin aşpazları qatılıb.

 Xanım Əminə Ərdoğanın videomüraciəti ilə start götürən tədbirdə Rəyasət Heyətinin himayəsi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “Yüzillik reseptlərlə türk mətbəxi” kitabının təqdimatı olub.

Kitabda reseptləri əks edən 15 ənənəvi türk ləzzəti də qonaqlara təqdim olunub.

Gürcüstanın paytaxtı Tbilisidə də Türk mətbəxi həftəsi çərçivəsində tədbirlər keçirilib.Yazıçılar Evində keçirilən tədbirdə qonaqlara zeytun yağlı yeməklər təqdim olunub.

Türkiyənin Belqrad səfirinin ev sahibliyi ilə Serbiyada türk mətbəxinin təqdimatı olub. Səfirliyin iqamətgahında keçirilən tədbirdə qonaqlara türk mətbəxinin təamları təqdim olunub.

Norveçin paytaxtı Oslo və İraqın Bəsrə şəhərində türk mətbəxinin ənənəvi ləzzətləri təqdim edilib.



Әlaqәli Xәbәrlәr