“NEXT” gəncləri və gələcəyi bir araya gətirən bir qurumdur”, M.Z.Sobacı

Dünyanın tanınmış gənclərini bir araya gətirən “NEXT by TRT World Forum” geniş tərkibdə həyata keçirildi

1827646
“NEXT” gəncləri və gələcəyi bir araya gətirən bir qurumdur”, M.Z.Sobacı

 

Dünyanın tanınmış gənclərini bir araya gətirən “NEXT by TRT World Forum” geniş tərkibdə həyata keçirildi

  2017-ci ildən dünyanın mühüm qlobal problemlərini gündəmə gətirən “TRT World Forum”un gəncləri əhatə edən xüsusi tədbiri “NEXT by TRT World Forum” dünyada tanınan gənc mütəxəssislərin iştirakı ilə “Zorlu PSM”də həyata keçirildi. Minlərlə adamın qatıldığı tədbirdə texnologiyadan metaverseyə, NFT atelyesindən kosmos turizminə qədər bir çox mövzu müzakirə edildi.

  2017-ci ildən bəri təşkil edilən və dünyanın mühüm problemlərini müstəviyə çıxaran “TRT World Forum” öz sahələrində fərqlənən jurnalistlər, alimlər, qeyri-hökumət təşkilatları üzvləri və sahibkarların səslərini dünya ictimaiyyətinə çatdırmaq, qarşılıqlı fikir mübadiləsini təmin etmək üçün yeni platforma yaradıb.

  Mayın 14-ü “Zorlu PSM”də keçirilən “NEXT by TRT World Forum”da bu dəfə də öz sahələrinin mütəxəssisləri gənclərlə görüşüb, gələcəyin formalaşmasında onların gücünü və əhəmiyyətini müzakirə ediblər.

TRT baş direktoru M.Z.Sobacı: “NEXT” gəncləri və gələcəyi bir araya gətirən bir qurumdur”

  "Metaverse və media: texnologiyanın ən son trendi jurnalistikaya necə təsir edəcək?" panelinə qatılan və gənclərlə birlikdə təcrübələri dinləyən TRT-nin baş direktoru Mehmet Zahid Sobacı çıxışında deyib: “NEXT” gəncləri və gələcəyi bir araya gətirən bir qurumdur. Gənclik və gələcək bir araya gələndə ona üçüncü bir konsepsiya əlavə etməliyik. Bu da ümid anlayışıdır.

  Əslində dünyaya ümumi halda nəzər saldıqda problemlərin daha dominant nöqtədə olduğunu görürük. Biz bu problemlərin həlli üçün müəyyən qərarvermə prosesləri yaratmağa, məsləhət platformaları qurmağa çalışırıq, amma bir şeyi gözdən qaçırırıq. Bu da ən mühüm mənbə olan gənclərdir. Ona görə də “NEXT”i təşkil etdik, gəncləri diqqətə almaq istədik. Çünki gəncliyin təbiətində yaradıcılıq, təxəyyül, yenilikçi ideyalar, dinamizm var. Bu dinamizmi və yaradıcı ideyanı, yenilikçi perspektivi məsələlərin həllinə daxil etməzsək, bu günün problemlərin çözümü daha çox çətinləşər. Ona görə biz bu tədbirlə texnologiyanı əvvəlki nəslə görə daha yaradıcı və nəticə yönümlü istifadə edən gənclərə fokuslanmaq və “TRT World Forum”un damı altında gəncləri bu prosesin bir parçası etmək istədik.”

Panellərdə dəyişiklik və inkişaf məsələlərinə xüsusi diqqət yetirildi

  Planetimizin problemlərindən kosmos turizminə, texnologiyanın inkişafından cəmiyyətin tənəzzülünə, ani istehlak məzmunundan biznesə qədər bir çox sual və məsələlərin yer aldığı “NEXT by TRT World Forum”da Türkiyədən və başqa ölkələrdən gənc ekspertlər iştirak edirdilər.

  Dünyanın dəyişməsində gənclərin əhəmiyyətinə diqqət çəkilən tədbirdə aktiv vətəndaşlığa toxunan “Social Ben” Fondunun qurucusu Ece Çiftçi “Bir gənc kimi öz ölkələrimiz üçün nə istəyiriksə, Yer kürəsi üçün də onu də istəyirik, bununçün birgə əməkdaşlıq mühümdür” dedi.

  Dünyanın ilk metaverse agentliyinin qurucuları Can Yurdakul, Faisal U-K, Sara əl-Camal və Begüm Aydınoğlu metaversenin yeni dünyanın formalaşmasına necə təsir edəcəyinə dair paneldə iştirak etdilər. Metaverse ilə sərhədlərin yıxıldığı və dünyanın çox genişləndiyini bildirən üçlü komanda gənclərin bu sahədə necə çalışdığından danışdı.

  “Planetin səsi: gənclərin iqlim hərəkatı” paneli bütün iştirakçılar tərəfindən maraqla izlənildi. Paneldə çıxış edən gənc iqlim fəalı Siye (Xiye) Bastida dedi: “Böyüklərin gözlərinin içinə baxanda onlara “Gələcəyim üçün qorxmaq istəmirəm” demək istəyirəm. 2050-ci ildə 1,2 milyon iqlim qaçqını görmək istəmirəm. Mən dünyanın 90 %-nin yaşayış üçün yararsız olduğunu görmək istəmirəm”.

  Eyni paneldə Nişad Şafi (Neeshad Shafi) öz növbəsindəki çıxışında bunları söylədi: “Ərəb Gənclərinin İqlim Hərəkatına başlamağımızın səbəbi bölgədəki gənclərin səsini eşitdirməkdir. Bəzən düşünürəm ki, qlobal iqlim hərəkatı sanki yalnız ağ insanlar üçündür. Media həmişə Qərbdə keçirilən iqlim konfranslarına diqqət yetirir”.

 Gənclərə NFT-dən metaverseyə qədər bir çox təcrübə təklif edildi

  Tədbir çərçivəsində əsas səhnədəki panellərlə yanaşı, paralel otaqlarda da panellər keçirildi. NFT seminarından rəqəmsal qraffitiyə, xüsusi qonaqlarla müsahibələrdən virtual reallığa qədər bir çox sahələrdə fəaliyyət göstərən gənclər “NEXT by TRT World Forum”unda həm bir-birləri, həm də yerli və beynəlxalq təşkilatlarla tanış olmaqdan məmnunluq duydular.



Әlaqәli Xәbәrlәr