İtaliyada qədim Venesiya karnavalı başladı

Venesiya karnavalı 1 marta qədər davam edəcək

1777692
İtaliyada qədim Venesiya karnavalı başladı
venedik karnavali1.jpg
venedik karnavali.jpg

  İtaliyada qədim dövrlərə gedib çıxan Venesiya karnavalı başlayıb.

  Kanalları ilə məşhur olan Venesiya şəhərində adətən hər il fevral ayında keçirilən tarixi karnaval fərqli tədbirlərlə açılıb.

  Builki karnaval “Gələcəyi xatırla” başlığı ilə keçirilir.

  2021-ci ildə yeni növ koronavirus epidemiyası səbəbindən baş tutmayan, bu il də izdihamın yarana biləcəyi narahatlığından tədbir sayı azaldılan karnaval İtaliyada artıq “Covid-19” tədbirlərinin yumşaldılmağa başladığı vaxta təsadüf edir. Ona görə də 2022-ci ildə karnaval sayəsində son 2 ildə epidemiyaya görə tətbiq olunan məhdudiyyətlərə görə turist sayı azalan Venesiyaya gələnlərin sayının artacağı gözlənilir.

  Karnaval zamanı geyinilən qədim dövrlərə aid maraqlı paltarlar və maskalar şəhərə gələn yerli və xarici turistlərin diqqət mərkəzinə çevrilir.

  Venesiya karnavalı 1 marta qədər davam edəcək



Әlaqәli Xәbәrlәr