Azərbaycanla diplomatik münasibətlərinin 30 illiyi münasibətilə fotosərgi təşkil edilib

Azərbaycanla diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə yanvarın 14-də Azərbaycan Xarici İşlər Nazirliyində fotosərgi keçirilib.

1762779
Azərbaycanla diplomatik münasibətlərinin 30 illiyi münasibətilə fotosərgi təşkil edilib

Azərbaycanla diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə yanvarın 14-də Azərbaycan Xarici İşlər Nazirliyində fotosərgi keçirilib.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov sərginin açılışında çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından dərhal sonra ilk diplomatik əlaqələr məhz Türkiyə ilə qurulub. Bu əlaqələr hər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə keçirib.

Nazir müavini çıxışında Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana qardaşlıq dəstəyi göstərdiyini, hər zaman yanında olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan bunu heç vaxt unutmayacaq. Vətən müharibəsində qazanılan şanlı Zəfər təkcə Azərbaycanın yox, bütün Türk dünyasının Qələbəsidir. Müharibədən sonra regionda yeni reallıqlar yaranıb və bölgədə Türkiyənin mövcudluğu gücümüzə güc qatır. Tarixi Şuşa Bəyannaməsinin imzalanması müttəfiqliyimizi daha yüksək səviyyəyə qaldırıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı da Türkiyənin tarix boyu azərbaycanlı qardaşlarına dəstək olmağa çalışdığını bildirib: “Çanaqqala döyüşündə azərbaycanlı qardaşlarımız bizə kömək edib, fədakarlıq göstəriblər. Nuru Paşa da Azərbaycanın çətin anlarında qardaşlarımızın köməyinə gəlib. Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədi. Biz bütün sahələrdə, o cümlədən beynəlxalq platformalarda daim bir-birimizin yanındayıq. Şuşa Bəyannaməsinin imzalanması əlaqələrimizin zirvəsi oldu. Münasibətlərimizin inkişafı getdikcə dərinləşməkdədir. Biz birlikdə bir çox layihələrə imza atmışıq və bunu davam etdirəcəyik”.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən tarixi sənədlərə və fotolara baxıblar.

Qeyd edək ki, 1992-ci il yanvarın 14-də Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanmış və həmin gün Türkiyə Cümhuriyyətinin Bakıdakı Baş Konsulluğu Səfirlik kimi istifadəyə verilmişdir.



Әlaqәli Xәbәrlәr