Dünyanın ən böyük fotoşəkli nümayişə çıxarıldı

"Gecə növbəsi" tablosu yüksək dəqiqlikli fotoşəkil kimi işlənərək sərgidə nümayişə çıxarılıb

1756981
Dünyanın ən böyük fotoşəkli nümayişə çıxarıldı
Rembrandt_Gecə növbəsi tablosu_01.jpg

 

  Hollandiyanın paytaxtı Amsterdamdakı Reyx Muzeydə (Rijks Museum) yer alan, rəssam Rembrandt Harmens van Reynin (Rembrant Harmenszoon van Rijn) "Gecə növbəsi" tablosu yüksək dəqiqlikli fotoşəkil kimi işlənərək sərgidə nümayişə çıxarılıb.

  Reyx Muzeydən edilən şərhdə bildirilir: “Rembrandta aid "Gecə növbətçisi" tablosu xüsusi bir üsulla fotoşəkil kimi işlənərək tamamlandı. Hər bir detalının görünə bildiyi 8439 fotoşəkildən ibarət, 717 gigapiksellik görünüşlü, ultra yüksək dəqiqlikli tək bir fotoşəkil halına gətirilən tablo sənətsevərlərə təqdim edildi. 5,6 terabaytlık fotoşəkildəki hər bir piksel insan qanındakı qırmızı qan hüceyrəsindən də kiçikdir”.

  Layihənin rəhbəri Rob Erdmnan da yerli mətbuata verdiyi müsahibəsində deyib: "Tabloda ən kiçik ayrıntıları və fırça izlərini görə bilirsiniz. Fotoşəkil bir mikroskopla tabloya baxma hissini oyandırır. Bu, dünyanın ən böyük fotoşəklidir.

  Layihə 2 ilə başa gəlib. Fotoşəkil çəkilişləri 2 ay, onların birləşdirilərək tək fotoşəkil halına gətirilməsi isə 6 ay sürüb”.

  Qeyd edək ki, ildə təxminən 2 milyon adamın gəldiyi Reyx Muzeydə 18-ci əsrin əvvəllərində İstanbulda yaşamış rəssam Jan Batist Vanmurun (Jean Baptiste Vanmour) Osmanlı dövlətinin Lalə dövrünü qələmə aldığı tablo da nümayiş etdirilir.  



Әlaqәli Xәbәrlәr