Beynəlxalq İnvestor Jurnalının mükafatı təqdim edildi

Beynəlxalq İnvestor Jurnalının mükafatına Türkiyənin prezident administrasiyası nəzdində İnvestisiya İdarəsi layiq görülüb

1754246
Beynəlxalq İnvestor Jurnalının mükafatı təqdim edildi

Beynəlxalq İnvestor Jurnalı tərəfindən təşkil edilən Beynəlxalq İnvestor Mükafatları 2021 çərçivəsində “İlin Beynəlxalq Birbaşa İnvestisiya Agentliyi Avrasiya mükafatı Prezident administrasiyası nəzdində İnvestisiya İdarəsinə verildi.

Prezident administrasiyası  İnvestisiya İdarəsindən  yayılan  məlumata görə  Beynəlxalq İnvestor Jurnalı maliyyə, fondlar, valyuta və sərvətlərin idarə edilməsi kimi sahələrdə qabaqcıl  və istedadlı  qurumları təşviq etmək və onlara rəhbərlik etmək üçün hər il müxtəlif mükafatlar  təqdim edir. Mükafatlar jurnalın tədqiqat qrupu tərəfindən yoxlanılan ən müstəsna namizədlərə verilir. Bütün mükafat prosesi ekspertlərin nəzarətində reallaşır. Bu səbəbdən müxtəlif  sənaye sahələrində təqdim edilən prestijli mükafatlar arasında iştirak edir.



Әlaqәli Xәbәrlәr