TRT “Beynəlxalq Zoom Xəbər Video Yarışmasında” mükafat qazanıb

Türkiyə Radio və Televiziya Qurumu (TRT) “Beynəlxalq Zoom Xəbər Video Yarışmasında” bir çox mükafata layiq görülüb.

1751529
TRT “Beynəlxalq Zoom Xəbər Video Yarışmasında” mükafat qazanıb
zoom yarışma2.jpg
zoom yarışma1.jpg

Türkiyə Xəbər Kamera Operatorları Dərnəyinin Ankarada təşkil etdiyi 25-ci “Beynəlxalq Zoom Xəbər Video Yarışmasının” mükafatlandırma mərasimi keçirilib. Mərasimdə 5 ölkədən 95 xəbər və sənədli görüntü qiymətləndirilib və və 9 kateqoriya üzrə mükafatlar təqdim edilib.

Yarışmada xüsusi xəbər kateqoriyasında müxbirlər Bərrin Yücəsan, Elif Akkuş, Sabahnur Sayılqan, Süleyman Yaşar, operator Mikayıl Sevinç, Oğuz Karatoprak, Seyit Taşdələn və Şəmi Dəmirəl mükafat qazanıb. Onlara mükafatları TRT-nin baş direktoru Mehmet Zahit Sobacı tərəfindən təqdim edilib.

Yarışmanın Teleserial xəbər kateqoriyasında Əhmet Görməz, İhsan Kırkbeşoğlu, Tahsin Özkan və Bülənt Uzun “Mavi Vatan” sənədli filmi ilə mükafata layiq görülüb.

TRT Xəbər Kamera Xidməti ilə TRT Kürdi də mükafalandırılıb.

Prezident administrasiyasının kammunikasiya idarəsinin rəhbəri Fahrettin Altun iştirak etdiyi mərasimdə doğru xəbərə çatmaqda xəbər operatorlarının əhəmiyyətinə diqqət çəkib və informasiya rəhbərliyinin mətbuat işçilərinin yanında olmadqa davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr