"Emmi" mükafatları təqdim olundu

Beynəlxalq Televiziya Sənəti və Elmləri Akademiyası tərəfindən ABŞ hüdudlarından kənarda istehsal olunan filmlərə verilən Beynəlxalq "Emmi" mükafatları Nyu Yorkda sahiblərinə  təqdim edilib.

1737389
"Emmi" mükafatları təqdim olundu

Beynəlxalq "Emmi" mükafatlarının təqdim mərasimi nigeriya mənşəli amerikalı aktrisa Ynonne Orjinin aparıcılığı  ilə keçirilib.

Mərasimdə Ən Yaxşı İncəsənət Proqramı mükafatını rejissor Qreqori Monronun çəkdiyi “Kubrick by Kubrick” adlı fransız sənədli filmi qazanıb. Britaniyalı aktrisa Hayley Squires “Yetkinlər üçün material” serialındakı roluna görə “Ən yaxşı qadın rolü” mükafatını, britaniyalı Devid Tennant isə “Des” serialındakı rolü ilə “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

“Ən yaxşı komediya” nominasiyasında Fransanın “Müdürümü çağır” (Dix Pour Cent) serialı və dram kateqoriyasında İsrail  istehsalı  “Tehran” serialı mükafat qazanıb.



Әlaqәli Xәbәrlәr