Benksinin əsəri rekord qiymətə satılıb

Britaniyalı küçə rəssamı Benksinin "Love is in the Bin" ("Qırmızı şarlı qız" və ya "Sevgi zibil qutusunda") adlı əsəri rekord qiymətə satılıb.

1720255
Benksinin əsəri rekord qiymətə satılıb

Britaniyalı küçə rəssamı Benksinin "Love is in the Bin" ("Qırmızı şarlı qız" və ya "Sevgi zibil qutusunda") adlı əsəri Londonun "Sotheby's" auksionunda rekord 18.5 mln. Avroya (25,5 mln. dollar) satılıb. Bununla da, bu, Benksinin ən bahalı rəsm əsəri oldu.

 Qeyd edək ki, sözügedən rəsm əsəri 2018-ci ildə şöhrət qazanıb. Həmin vaxt əsər "Qırmızı şarlı qız" adlanırdı və "Sotheby's"də 1,2 mln. dollara satın alınmışdı. Lot bitdikdən sonra, çərçivədə gizlədilmiş şreder (parçalayıcı) parçanın yarısını məhv etmişdi. Əsər sonradan "Sevgi zibil qutusunda" adına dəyişdirildi.

Yeni auksionda əsər öncə 5,5-8,2 mln. dollar məbləğində qiymətləndirilib. Hərrac 10 dəqiqə davam edib, bundan sonra auksionçu Oliver Barker hərrac evinin ödənişləri nəzərə alınmaqla 25,4 dollar təşkil edən son dəyəri təklif edib və rəsm əsərinə sahib olub.

 



Әlaqәli Xәbәrlәr