Ankarada türkdilli ölkələrin dövlət müstəqilliyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliklərinin bərpasının otuzuncu ildönümü münasibətilə tədbirləri davam etdirir.

1664371

Bu çərçivədə Ankarada TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirliklərinin birgə əməkdaşlığı sayəsində “Türk dünyasının xalq mahnıları” adlı konsert proqramı təqdim edilib, fotosərgi açılıb.

Tədbirlərdə rəsmi şəxslər, diplomatlar, elm və mədəniyyət adamları iştirak ediblər.

Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestr Konsert Salonunda reallaşan konsertdə tanınmış dirijorlar Ağaverdi Paşayev (Azərbaycan), Abılay Tilepbergen (Qazaxıstan), İrina Suerkulova, Rısbek Jumakunov (Qırğızıstan), Firuza Abdurahimova (Özbəkistan), Guvançmuhammed Saparaliyev (Türkmənistan), Cem Gürdal (Türkiyə) türksoylu xalqların bir-birindən əsrarəngiz mahnılarını tamaşaçılara təqdim edib.

Konsertdən sonra fotosərgiyə baxış keçirilib.

Әlaqәli Xәbәrlәr