"Nəsibsə, namizədik"

Pandemiya səbəbindən mükafat mərasiminə qatıla bilməyən Ercan Kesal fikir və duyğularını festivala video-mesaj şəklində göndərib...

1640816
"Nəsibsə, namizədik"

 

  Dünya premyerası Rotterdam Film Festivalında olan Ercan Kesalın həm ssenari müəllifi, həm rejissoru olduğu "Nəsibsə, namizədik" (Nasipse Adayız) bədii-sənədli filmi Belqrad Beynəlxalq Film Festivalından "Ən yaxşı ilk film” mükafatı ilə qayıdıb.  

  Quluruluşunu rejissor Barbu Balasoiunun verdiyi "Nəsibsə, namizədik" filmi Türkiyə və Serbiyanın ortaq istehsalıdır.

  Pandemiya səbəbindən mükafat mərasiminə qatıla bilməyən Ercan Kesal fikir və duyğularını festivala video-mesaj şəklində göndərib: “Serbiyanın mənim həyatımda xüsusi yeri var. Atamın mənə oxumaq üçün məsləhət gördüyü ilk ciddi kitab İvo Andricin "Drina körpüsü" əsəri idi. İllər sonra "Bir zamanlar Anadolu" filmiylə Serbiyaya Kusturicanın qonağı olaraq getdik. Ona eyniadlı kitabı hədiyyə etməyimin mənim üçün mənası böyük idi”.  

  Qeyd edək ki, “Nəsibsə, namizədik” bədii-sənədli filmi İstanbul Beyoğlu bələdiyyə sədrliyinə namizəd olmaq istəyən doktor Kamal Günerin yaşadıqlarından bəhs edir.



Әlaqәli Xәbәrlәr