“Harri Porter”in Narsiskası dünyadan köçdü

Ulduz aktrisa neçə müddət idi döş xərçəngi ilə mübarizə aparırdı

1622972
“Harri Porter”in Narsiskası dünyadan köçdü

 

  “Harri Porter”in Narsiskası dünyadan köçdü

  İngiltərənin məşhur aktrisası Helen Mak Krori (Helen McCrory) 52 yaşında həyatdan köçdü.

  Ulduz aktrisa neçə müddət idi döş xərçəngi ilə mübarizə aparırdı.

  Mak Krorinin həyat yoldaşı, aktyor Demian Lüis (Damian Lewis) aktrisanın ölüm xəbərini “twitter”dən bu şəkildə paylaşıb: “Helen yaşadığı kimi öldü, qorxusuzca".

  Helen Mak Krori çox filmdə və serialda çəkilib, amma daha çox “Harri Porter” (Harry Potter) filmlərində canlandırdığı Narsiska Malfoy (Narcissca Malfoy) və “Peaky Blinders” serialından Polli Şelbli (Polly Shelby) rollarıyla yadda qalır.



Әlaqәli Xәbәrlәr