“Qapını açıq burax” sənədli filminin dünya premyerası keçirilib

“Qapını açıq burax” sənədli filminin dünya premyerası keçirilib

1614880
“Qapını açıq burax” sənədli filminin dünya premyerası keçirilib

"Qapını Açıq burak" sənədli filminin dünya premyerası Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda keçirilib.

Sənədli film, 1930-1940-cı illərdə ABŞ-da irqçiliyə qarşı mübarizə aparan Türkiyənin Vaşinqtondakı səfiri Münir Ərtegünün oğullarının hekayəsini izah edir. Türkiyənin Vaşinqtondakı səfirliyində keçirilən sənədli film premyerasına Türk və xarici dəvətlilər iştirak edib. Sənədli film həm ABŞ-da, həm də beynəlxalq film festivallarında nümayiş olunacaq.

1934-1944-cü illər arasında Türkiyənin Vaşinqton Səfiri vəzifəsində olan Münir Ərtəgünün iki oğlu Əhməd və Nesuhi irqçiliyin tüğyan etdiyi bir dövrdə səfirliyin qapılarını Afrika mənşəli caz sənətçilərinə açdı. Beləcə çox sayda Afrika mənşəli caz sənətçisinin səfirlikdə müntəzəm olaraq çıxış etmələrinə imkan yaradıldı. Az müddət ərzində musiqi aləmində rezonans doğuran bu proses hələ də irqi ayrıseçkiliklə mübarizədə mühüm bir uğur kimi qəbul edilir.



Әlaqәli Xәbәrlәr