Tapılan 2400 yaşlı tarixi əsərlər kompleksinə görə Bodrum müvəqqəti bağlanır

Elmi-qazıntı işləri çalışmasına başlanılan daş tabut qəbir məzarlığı sahəsindəki əsərlərlə bağlı “twitter” hesabından şərh paylaşan nazir yazıb

1614503
Tapılan 2400 yaşlı tarixi əsərlər kompleksinə görə Bodrum müvəqqəti bağlanır

 

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuru Ersoy Muğla rayonunun Bodrum qəsəbəsində tapılan 2400 yaşlı tarixi əsərlər kompleksini bölgə ilə birgə qoruma tədbirlərinə aldıqlarını və bunları Bodrum Sualtı Arxeologiya Muzeyində sərgiləmək üçün çalışdıqlarını bildirdi.

  Martın 4-də bölgədə bir inşaat işinin bünövrə qazıntısı zamanı ortaya çıxan, daha sonra Bodrum Sualtı Arxeologiya Muzeyi tərəfindən elmi-qazıntı işləri çalışmasına başlanılan daş tabut qəbir məzarlığı sahəsindəki əsərlərlə bağlı “twitter” hesabından şərh paylaşan nazir yazıb: "Bodrumda eramızdan əvvəl 4-cü əsrə aid olduğu bildirilən 15 məzar və çox sayda tarixi əsər üzərində vasvasılıqla elmi-qazıntı işləri və tədqiqat aparılır. Bölgəni müvəqqəti bağlayır və əsərləri qoruyacaq şəkildə tədbirlərimizi görürük. Antik əsərləri Bodrum Sualtı Arxeologiya Muzeyində sərgiləmək üçün işlərimiz davam edir."  



Әlaqәli Xәbәrlәr