“Türkiyə artıq çizgi filmləriylə də dünya markası olur”, M.Varank

“TRT Çocuk” ekranlarından yayımlanan "Rafadan Tayfa" çizgi filminin hazırlandığı studiyaya baş çəkən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank animasiya sektorunun əhəmiyyətinə diqqət çəkərək deyib...

1609871
“Türkiyə artıq çizgi filmləriylə də dünya markası olur”, M.Varank

 

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkənin animasiya sektorunun da inkişaf etdiyini söylədi.

  “TRT Çocuk” ekranlarından yayımlanan "Rafadan Tayfa" çizgi filminin hazırlandığı studiyaya baş çəkən nazir animasiya sektorunun əhəmiyyətinə diqqət çəkərək deyib: "Türkiyə kino və serial sektorunda çox böyük uğur xətti üzərindədir. Artıq film və seriallarımızı xaricə ixrac edə bilirik. Bu, mühüm gəlir qaynaqlarımzıdan biridir. Animasiya sahəsində də son illər böyük müvəffəqiyyətlər qazanmışıq.

  Türkiyədə bu sahədə uğurlar gün-gündən artır, “Rafadan Tayfa” da bir dünya markası olur.

  Bu kimi işlərin inkişafında ictimai qurumların əhəmiyyəti böyükdür. TRT-nin bu sahəyə sərmayə qoyması çox təqdirəlayiqdir.

  Valideynlər uşaqlarını doğru yayımları izləməyə yönəltməlidir. Bu baxımdan TRT uşaq kanalıyla da uğurlu bir ictimai yayım orqanıdır. “Rafadan Tayfa” kimi çizgi filmləri ilə uşaqlarımız düzgün maariflənir və qazanırlar."



Әlaqәli Xәbәrlәr