Epidemiya dövründə ilk sosial məsafəsiz konsert reallaşdı

Barselonanın “Müqəddəs Georgi” (Sant Jordi) idman salonunda rok qrupunun konsertinə 5 min nəfər tamaşaçı gəldi

1609828
Epidemiya dövründə ilk sosial məsafəsiz konsert reallaşdı

 

  İspaniyada yeni tip koronavirus (Covid-19) epidemiyası dövründə ilk dəfə sosial məsafə qaydasının qaldırıldığı, çox tamaşaçılı bir konsert reallaşdı.

  Barselonanın “Müqəddəs Georgi” (Sant Jordi) idman salonunda rok qrupunun konsertinə 5 min nəfər tamaşaçı gəldi.  

  Konsertə gedən hər adama “Covid-19”u sürətli tanıma testi edilib, FFP-2 maskası taxma və salonda əl gigiyena jeli istifadəetmə zəruriyyəti gətirilib.  

  Termometrdən keçən tamaşaçılar 23-28 avroya aldıqları biletlərini əl təması olmadan, QR kodu oxudaraq içəri giriblər.

  İspaniyada epidemiya dövründə ilk dəfə sosial məsafə qaydası tətbiq olunmadan bir konsert verilib. Bunun bir pilot layihə olduğu bildirilib və əgər konsertə gələnlər arasında “Covid-19”a yoluxma halları təsbit olunmazsa, ardıcıl yeni konsertlər təşkil ediləcək.



Әlaqәli Xәbәrlәr