Van Qoqun rəsmi rekord qiymətə satıldı

Niderlandlı məşhur rəssam Van Qoqun "Montmartrda bir küçə səhnəsi" rəsmi rekord qiymətə satıldı

1609052
Van Qoqun rəsmi rekord qiymətə satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) “Montmartrda bir küçə səhnəsi” adlı sənət əsəri Parisdə auksionda 13 milyon 91 min avroya satılıb.

Beynəlxalq hərrac evi “Sotheby’s”-in saytında bu barədə məlumat yayılıb.

Mulen de la Qalett dəyirmanını əks etdirən rəsmin qiyməti hərraca çıxarıldıqdan cəmi 10 dəqiqə sonra artıb. İlkin qiymətləndirmə dəyəri 5-8 milyon avro olan əsər 13 milyon 91 min avroya satılıb.

Sənətkarın 1887-ci ildə çəkdiyi tablonun əvvəllər geniş tamaşaçı publikasına təqdim edilmədiyi vurğulanır. Rəsm hərraca çıxarıldıqdan öncə təxminən 100 il bir Paris ailəsinin xüsusi kolleksiyasında saxlanılıb.

 



Әlaqәli Xәbәrlәr