Yol verin Türkə, yol verin!

Azərbaycanlı şair Elnur Uğur Dilavər oğlu Abdiyev TRT/Azerbaycan saytına şeirlərindən ərməğan edib, onları oxuculara təqdim edirik

1596653
Yol verin Türkə, yol verin!

 

  Azərbaycanlı şair Elnur Uğur Dilavər oğlu Abdiyev TRT/Azerbaycan saytına biri Türkiyə, ikisi Azərbaycan türkcəsində olmaqla 3 şeirini ərməğan edib, onları oxuculara təqdim edirik 

    

TÜRKÜZ!

Bozkırlardan geçeriz,

Serhatları aşarız.

24 boyuz biz,

Tüm cihanda yaşarız.

 

Sancağımızda hilal,

Gün doğmağa gebedi.

Biz cihan fatehleri,

Fethimizse ebedi.

 

Hedefimiz bir amal,

Sanma ki bir hülyadır.

Yol nereyedir sorsan,

Yol Kızıl Elmayadır.

 

Açsın kulağını yer,

Duysun tüm dünya bizi.

Ötelere taşırız,

Biz insan sevgimizi.

 

Ay Hakanın mert oğlu,

Oğuz Handan geliriz.

Bir ölsek bir savaşda,

Şükür, min diriliriz.

*******************

 

        YOL VERİN

Haqqının uğrunda gəlir,

Yol verin Türkə, yol verin!

Haqq olan haqqa yüksəlir,

Yol verin Türkə, yol verin!

 

Vicdanı duru, dumduru,

Duruşu dağlar qüruru.

Hər biri bir eşq taboru,

Yol verin Türkə, yol verin!

 

Batıdan doğuya qədər

Eşqi cahana bəs edər.

Gəlişiylə barış gələr,

Yol verin Türkə, yol verin!

 

Tanrım, ər türkə ol kömək,

Sevgi deməkdir Türk demək.

Gələcək gözəl gələcək,

Yol verin Türkə, yol verin!

 

Elnur Uğur, nə xoş sənə,

Sığınmısan türklüyünə.

Bir türkü yaz öz eşqinə,

Yol verin Türkə, yol verin!

   **********************

            VƏTƏN

Misramda döyünür Vətən,

Nəbzimdə Vətəndir vuran.

Vətən qoruya-qoruya

Kiməsə Vətən oluram.

 

Kiməsə ümid yeriyəm,

Kiməsə bir sığınacaq.

Mən sevənlərin biriyəm,

Məndən də mənlər olacaq.

 

Baxsana, Vətən axıdır

Sözün kapilyar damarı.

Vətən eşqindən nişanə,

Əlimin hər bir qabarı.

 

Eşqi hər gün qəlbi yaxır,

Bu yanğıda hər çınqı su.

Mən olmasam da olar,

Tanrı bu yurdu qorusun.

 

Hər hecam ona söykənir,

Misram zirvəsindən baxır.

Şerimin hər damarından,

Vətənimə sevgim axır.

 

  Elnur Uğur Dilavər oğlu Abdiyev 1980- ci ildə Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Hal- hazırda Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində ədəbiyyat müəllimidir.   

  Elnur Uğur Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyi Gənclər Bölməsinin rəhbəridir. 4 kitabı Azərbaycanda, 1 kitabı İranda çap olunub, şeirləri Azərbaycandan başqa, Türkiyə, İran və Ukraynada dərc edilib.



Әlaqәli Xәbәrlәr