“Beynəlxalq Portağal Çiçəyi” karnavalı keçiriləcək

Adana 9-cu Beynəlxalq Portağal Çiçəyi Karnavalı, yeni tip koronavirus səbəbiylə 1-4 aprel tarixlərində onlayn keçiriləcək.

1594924
“Beynəlxalq Portağal Çiçəyi” karnavalı keçiriləcək

Karnaval komitəsindən yayılan məlumata görə Kovid-19 tədbirlərinin davam etməsi səbəbindən karnavalın internetdə təşkil edilməsinə qərar verildi. Bu il 9-cu dəfə təşkil ediləcək karnavala 1 aprel tarixində “nisandaadanada.com” ünvanında start veriləcək. Onlayn nəşrlər, əyləncəli və mükafat qazanılacaq tədbirlər 4 aprelə qədər davam edəcək.

Karnaval çərçivəsində təşkil ediləcək kortej kostyumu, portağal tatları, portağal çiçəyi yürüşü, portağal çiçəyi milli şahmat turniri, sürətli yemək yemək yarışması kimi tədbirlər internetdə yayımlanacaq. Karnavalın açılış mərasimi və konserti məhdud sayda iştirakçı ilə reallaşacaq.



Әlaqәli Xәbәrlәr