Prezident Ərdoğan : "Türk dili kimliyimizdir, anlayışımızdır"

Prezident Rəcəb Tayyib Ərdoğan "Mədəniyyət imperializminə qarşı quracağımız ən güclü müdafiə xətti ilkin planda dilimizi qorumaqdır" deyib.

1584945
Prezident Ərdoğan : "Türk dili kimliyimizdir, anlayışımızdır"

"Mədəniyyət imperializminə qarşı quracağımız ən güclü müdafiə xətti ilkin planda dilimizi qorumaqdır".

Prezident Rəcəb Tayyib Ərdoğan bunu 2021-ci ilin ölkədə “Yunus Əmrə və Türkcə ili” olaraq qeyd edilməsilə  əlaqədar keçirilən silsilə tədbirlərdən biri olan " Bizim Yunus" tədbirində çıxışı zamanı deyib.

“Türk dili kimliyimizdir, anlayışımızdır, əsrlər boyu mədəniyyətimizin daşıyıcısıdır. Unutmayaq vətəni öncə dil, sonra ordu qoruyar. Ona görə türkcəmizə sahib çıxmalıyıq. Dünyada 250 milyondan çox insanın türkdilli olduğunu və ən çox danışılan dillər arasında türk dili 5-ci yer tutur" deyən Prezident bildirib ki, hazırda dünyanın 35 ölkəsində ya ana dili, ya ikinci dil, ya da əcnəbi dil olaraq türkcə ilə anlaşmaq mümkündür. Vətənləri, bayraqları, dövlətləri ayrı olan yüz milyonlarca insanı eyni qəlbdə birləşdirən türkcədir. Dilini itirən bir millət hafizəsini, mənliyini, inamını itirər. Ana dili ilə bağlarını itirən cəmiyyətlərin zamanla kütləviləşib kölələşməsi qaçılmazdır. Çox təəssüf ki, türkcəmizə lazım olan qayğı göstərilmir.

Prezident Ərdoğan "Yunus Əmrənin vəfatının 700-cü ildönümünə istinadən "Dünya Dili Türkcə" adıyla səfərbərlik elan edirik" deyib.

Qeyd edək ki, Yunus Əmrə 13-cü əsrdə Anadoluda Türkcə şerin öncüllüyünü edən xalq şairidir. 

 



Әlaqәli Xәbәrlәr