Afrində Anadolu Mədəniyyət Mərkəzi  istifadəyə verilib

Suriyanın şimalındakı Afrində Bülbülzadə Fondu ilə  YTB-nin əməkdaşlığı  ilə Anadolu Mədəniyyət Mərkəzi  istifadəyə verilib.

1573322
Afrində Anadolu Mədəniyyət Mərkəzi  istifadəyə verilib

Suriyanın şimalındakı Afrində Bülbülzadə Fondu ilə  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) əməkdaşlığı  ilə Anadolu Mədəniyyət Mərkəzi  istifadəyə verilib.

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatı ilə terrordan təmizlənən Afrində Anadolu Mədəniyyət Mərkəzinin açılış mərasimi təşkil edilib.

Mərasimdə Bülbülzadə Fondunun sədri Turgay Aldemir, YTB və qyeri-hökumət təşkilatlarının nümayəndələri və bölgənin tanınmış şəxsləri iştirak ediblər. 

İstifadəyə verilən Anadolu Mədəniyyət Mərkəzlərində təhsil, mədəniyyət, sənət və fikir işləri, dil kursları, xəttatlıq və musiqi kursları ilə peşə kursları veriləcək.

Afrin Anadolu Mədəniyyət Mərkəzinin rəhbəri Melih Ay mərkəzdə təxminən 300 şagirdin təhsil alacağını "Təhlükəsizliyin təmin olunduğu bölgələrdə mədəniyyət mərkəzləri açma fəaliyyətimiz davam edəcək. 17 sentyabr 2020-ci ildə Azəzdə də Mədəniyyət Mərkəzi istifadəyə verilib" deyib.



Әlaqәli Xәbәrlәr