Beynəlxalq Rotterdam Film Festivalına start verildi

48-ci Beynəlxalq Rotterdam Film Festivalına (IFFR) Hollandiyanın Rotterdam şəhərində start verildi.

1132316
Beynəlxalq Rotterdam Film Festivalına start verildi

Festival Hollandiya təhsil və mədəniyyət naziri İnqrid van Engelşoven və Beynəlxalq Rotterdam film festivalının baş direktoru Bero Beyer tərifindən açıq elan edildi.

Tədbirin açılış mərasimindən sonra Hollandiya istehsalı olan "Çirkli Tanrı " filmi   nümayiş  etdirildi.

Festivalda Bəzi ölkələrdən 8 gənc rejissor "Tiger Awards" mükafatı uğrunda yarışacaq. Mükafata layiq görüləcək rejissor 40 min avronun sahibi olacaq.

 “71-ci  Locarno Film Festivalında” ən yaxşı yeni rejissor mükafatına layiq görülən rejissor Tarık Aktaşın ilk uzunmetrajlı filmi “Nebula”, Kökən Ərgünün “Şəhidlər” və Gürcan Keltəkin "Qulyabani" adlı qısa filmi tamaşaçılara təqdim olunacaq.

Festivalda 5 il əvvəl başlayan Beynəlxalq Rotterdam film festivalı layihəsi çərçivəsində, daha əvvəl müəyyənləşdirilmiş altı film eyni zamanda dünyada fərqli kinolarda nümayiş olunacaq.  

Xatırladaq ki, "Tiger Awards" mükafatına ötən il Çinli rejissor Cai Chengjienin "Dul Cadı" filmi layiq görülmüşdü. Rotterdamda yarışan ilk Türk filmi isə 2009-cu ildə Mahmut Fazıl Coşkunun "Uzaq Ehtimal” adlı filmi olmuşdu. Həmin film "Tiger Awards" mükafatını iki digər filmlə bölüşmüşdü.



Әlaqәli Xәbәrlәr