“Hababam sinfi” yenidən çəkilir

2019-cu ildə kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılan filmin aktyor heyəti internetdən verilən elan yolu ilə müəyyənləşəcək.

1043075
“Hababam sinfi” yenidən çəkilir

  Türkiyənin kinosunun sevilən məhşur “Hababam sinfi” yenidən ekranlaşdırılır.

  2019-cu ildə kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılan filmin aktyor heyəti internetdən verilən elan yolu ilə müəyyənləşəcək.

  İlk dəfə 1975-ci ildə ekranlaşdırılan “Hababam sinfi” əfsanəvi rejissor Ertem Eğilmez tərəfindən yazıcı Rıfat İlqazın romanı əsasında çəkilib. Bundan sonra 1981-ci ilə qədər eyni başlıqda 5 film yaradılıb.

  Altı orijinal seriyadan sonra “Hababam sinfi” son olaraq Ertem Eğilmezin oğlu Ferdi Eğilmez tərəfindən yeni həyat qazandı və 2004-cü ildə ekranlara çıxdı. Bu seriyalar haqqında müxtəlif fikirlər söylənilsə də, yaradıcı heyət heç nəyə baxmayaraq, yenə “Hababam sinfi” çəkməyə israrlıdır.  

  “CNN Türk”ün xəbərinə görə, “Hababam sinfi” Doğa Can Anafartanın rejisorluğu ilə çəkilir. Bundan əvvəl “Buraxılış” (Mezuniyet), “Qiyamət əlaməti” (Alamet-i Kıyamet), “Kürəkən komandası” (Damat Takımı) və “Biz sizə qayıdarıq” (Biz Size Döneriz) filmlərini çəkmiş D.C.Anafartanın “Hababam sinfi”nin ssenarisini Evren Ərdoğan və Ayşe Balıbey yazıb.

  “Hann Media” prodakşnda çəkiləcək filmin aktyor heyəti isə yenə internet üzərindən elanla olacaq. İlkin hazırlıqların tamamlandığı filmin çəkilişləri 6 həftə sürəcək, 2019-cu ildə kinoteatrlara çıxacaq.



Әlaqәli Xәbәrlәr