Diana Damrau və Nikola Teste cütlüyü İstanbulda

İstanbul Mədəniyyət Sənət Qurumu (İKSV) tərəfindən gerçəkləşən 46-cı İstanbul Musiqi Festivalı almaniyalı soprano Diana Damrau ilə həyat yoldaşı bariton Nikola Testeyi qarşılayacaq.

987460
Diana Damrau və Nikola Teste cütlüyü İstanbulda

  Musiqi dünyasında "Verdinin səsi" kimi tanınan Damraunun "Verdissimo" adlı konserti 7 iyunda Türkiyə saatıyla 20.00-da Lütfi Kırdar Konqres və Sərgi Sarayında olacaq.

  Verdinin sevilən ariyaları ilə duetlərini səsləndirəcək cütlüyü Pavel Baleffin rəhbərlik etdiyi Borusan İstanbul Filarmoniya Orkestri müşayiət edəcək.

  “Ailə bağları" başlığı ilə keçirilən festival 12 iyuna qədər İstanbulun 17 fərqli məkanında 25 konsert, 19 konsertöncəsi tədbir və sərgilərilə 500-ə yaxın sənətçini birləşdirəcək.



Әlaqәli Xәbәrlәr