Mövlanənin Konyaya gəlişinin 790-cı ili canlandırıldı

Mövlanə Cəlaləddin Rumi ailəsinin Konyaya gəlişinin 790-cı ildönümü münasibətilə Türkiyənin Karaman rayonunda təmsili yolasalma mərasimi keçirilib.

962818
Mövlanənin Konyaya gəlişinin 790-cı ili canlandırıldı

  1207-ci ildə bugünkü Əfqanıstan sərhədləri içərisində yer alan Xorasanın Bəlx şəhərində anadan olan Mövlanə Cəlaləddin Rumi siyasi hadisələr və yaxınlaşmaqda olan monqol istilası üzündən ata yurdundan ayrılmaq məcburiyyətində qalıb, ailəsilə birlikdə Karamana gəlib, 7 il burada yaşayıb, Konyaya 1228-ci ildə ailəsi və dostları ilə birlikdə köç edib.

  2018-ci il Mövlananın ailəsiylə Konyaya gəlişinin 790-cı ildönümüdür. Bu münasibətlə Karamanda keçirilən təmsili yolasalma mərasimində - Aktekke 15 İyul Demokratiya Meydanındakı tədbirdə Beynəlxalq Mövlana Fondu Səma Qrupu tamaşa göstərib. Mövlana və ailəsinin Karamandan Konyaya köç etməsini Konya Ramazan Danış Teatrı artistləri canlandırıb.



Әlaqәli Xәbәrlәr