Hollandiyada Açıq Məscid Günü oldu

Ulduz İslam Mərkəzinin sonradan müsəlman olan koordinatoru Cefri Xavier Açıq Məscid Günü tədbiri keçirməkdə məqsədin hollandiyalılara İslamı izah etmək, məsciddəki fəaliyyətlər haqqında informasiya vermək olduğunu bildirdi.

947413
Hollandiyada Açıq Məscid Günü oldu

  Avropada müsəlmanlarla bağlı son illər artan mənfi fikirləri aradan qaldırmaq məqsədilə Milli Görüş Təşkilatlarına bağlı Ulduz İslam Mərkəzinin keçirdiyi (YİM) Açıq Məscid Günü tədbirinə əksəriyyəti məscidə ilk dəfə gələn, fərqli inanclara mənsub hollandiyalılar gəldi.

  Məscidin axundu Zekeriya Budak və müavinləri məscidi ziyarət edənlərə İslam və müsəlmanlıq haqqında məlumat verdi.

  Ulduz İslam Mərkəzinin sonradan müsəlman olan koordinatoru Cefri Kseiver (Jeffrey Xavier) Açıq Məscid Günü tədbiri keçirməkdə məqsədin hollandiyalılara İslamı izah etmək, məsciddəki fəaliyyətlər haqqında informasiya vermək olduğunu bildirdi.

  Məscid ziyarətçiləri arasında olanlardan Karolina Kruijs (Caroline Kruijs) isə dedi: "Bundan əvvəl heç məscidə gəlmədim. Amma mənə maraqlı idi, buranın necə bir yer olduğunu bilmək istəyirdim. Müsəlmanların məscidə qayğısı, verilən təhsil, göstərilən humanitar yardımlar və çalışan on könüllü mənə müsbət təsir etdi. Bu cür gözləmirdim. Xoşuma gələn cəhətlər Quranı əzbər bilən və oxuyanların, səmimiyyət və məscidin təmiz olması idi".

  Digər ziyarətçi Con Van Sliedrecht də münasibət bildirərək dedi: "Məscidin müsəlmanlardan başqa, digər insanları da bir araya gətirən mərkəz olması mənimçün maraqlı oldu. Çox sayda könüllü olsa da, hər şeyin bir nizam içərisində həyata keçirilməsinə heyran qaldım".

  Məscid turu və hədiyyələrlə sona çatan proqramda ziyarətçilər məscidin həyətindəki təhsil sərgini də gəzdi.



Әlaqәli Xәbәrlәr