BAFTA kino mükafatının qalibləri elan edildi

Londonda BAFTA - Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatlarının təqdimetmə mərasimi keçirildi.

913427
BAFTA kino mükafatının qalibləri elan edildi

Londonda BAFTA - Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatlarının təqdimetmə mərasimi keçirildi.

Mükafatların sayına görə “Ebbinq sərhədində üç bilbord, Missuri" liderdir. Ekran işi “Ən yaxşı film”, “Ən yaxşı Britaniya filmi”, “Ən yaxşı orijinal ssenari” nominasiyalarında qalib elan edildi. Aktrisa Frensis MakDormand filmdəki roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi oldu. “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi isə “Qaranlıq zamanlar” filminin baş rol ifaçısı Heri Oldman olmuşdur.

İkinci yerdə üç mükafatla "Suyun şəkli" qərarlaşdı. “Ən yaxşı rejissor” nominasiyasında “Suyun şəkli” filminə görə Gilyermo del Toro qalib elan olundu. Ekran işi, həmçinin “Filmə ən yaxşı musiqi” və “Ən yaxşı dekorasiya görə” mükafat qazandı.

Üçüncü və dördüncü yerlər isə hərəyə iki mükafatı olan “Ülgüc üzərində qaçış 2049” və “Qaranlıq zamanlar” ekran əsərlərinə aiddir.

“Xarici dildə ən yaxşı film” nominasiyasında Koreya Respublikasının istehsalı olan "Qulluqçu", “Ən yaxşı animasiya filmi”nə "Kokonun sirri", “Ən yaxşı montaj” işinə görə isə “Sükan arxasında körpə” layiq görülmüşdür.



Әlaqәli Xәbәrlәr