"Gözəl Helen" operettası ilk dəfə Türkiyədə

İstanbul Dövlət Opera və Balet teatrında Murat Göksu tərəfindən səhnəyə qoyulan əsərin Türkiyə premyerası 15 apreldə Kadıköy Bələdiyyəsi Süreyya Operasının səhnəsində keçiriləcək.

711255
"Gözəl Helen" operettası ilk dəfə Türkiyədə

Alman mənşəli fransız musiqiçisi, opera və operetta bəstəkarı Jacques Offenbachın  "Gözəl Helen" (La Belle Helene) operettası ilk dəfə türkiyəli sənətsevərlərə təqdim olunur.

İstanbul Dövlət Opera və Balet teatrında Murat Göksu tərəfindən səhnəyə qoyulan əsərin Türkiyə premyerası 15 apreldə Kadıköy Bələdiyyəsi Süreyya Operasının səhnəsində keçiriləcək.

İlk dəfə 17 dekabr 1864-cü ildə Parisdə "Theatre des Varietes"də səhənəyə qoyulan operetta Troya müharibəsinə səbəb olan Troya Kralının oğlu Paris ilə İsparta kraliçası və  Menelaosun arvadı Helenin qaçış hekayəsini komik şəkildə təsvir edir.

"Gözəl Helen" operettası aprelin 15-dəki premyeradan sonra 18-19 və 21-22 aprel, 19-20 və 26-27 mayda səhnəyə çıxacaq.



Әlaqәli Xәbәrlәr