Türkiyenin müdafiə sənayesi məhsullarının ixrac uğuru dünya gündəmində

Dünya mətbuatı Türkiyenin rekord səviyyəyə çatan müdafiə sənayesi ixracını yaxından izləyir.

2121477
Türkiyenin müdafiə sənayesi məhsullarının ixrac uğuru dünya gündəmində

Dünya mətbuatı Türkiyenin rekord səviyyəyə çatan müdafiə sənayesi ixracını yaxından izləyir.

Uğur Çin mətbuatında yenidən gündəmə çıxıb.

Çin ordusuna bağlı Milli Müdafiə qəzeti “Türkiyenin müdafiə ixracı rekord həddə çatdı” başlığı ilə çıxış edib.

Qəzetdəki xəbərdə müdafiə sənayesi ixracının keçən il 25 faiz artaraq 5 milyard 500 milyon dollara çatdığı vurğulanıb.

Türkiyenin bu göstəricilərlə qlobal silah bazarında 12-ci yerə yüksəldiyi bildirilib.

Xəbərdə ixrac edilən məhsulların geniş çeşidinə diqqət çəkilib:

"Türkiye quru nəqliyyat vasitələrindən tutmuş pilotsuz uçuş aparatlarına (PUA) qədər ən müasir məhsullar ixrac edir".

Türkiyenin müdafiə sənayesi məhsullarının NATO standartlarına uyğun olduğu və alyans üzvlərindən Yaxın Şərq ölkələrinə ixrac edildiyi xatırladılıb.

Xəbərdə Türkiyenin müdafiə sənayesi ixracatının sürətli böyüməsinin səbəbləri də yer alıb.

Türkiyenin güclü texniki məlumat təcrübəsi ilə yanaşı, hökumətin müdafiə sənayesinin inkişafı və ixracını fəal şəkildə dəstəklədiyi ifadə edilib.



Әlaqәli Xәbәrlәr