"Standard & Poor's (S&P) Global" Türkiyenin iqtisadi artım proqnozunu yüksəldib

"Standard & Poor's (S&P) Global" beynəlxalq kredit reytinq agentliyi 2024-cü ilin iqtisadi artım proqnozunu Türkiye üçün 3 faizə yüksəldib.

2120880

"S&P Global" ABŞ ilə inkişaf etməkdə olan bazarlar üçün ilin ikinci rübünə olan iqtisadi proqnoz hesabatlarını dərc edib.

Hesabatda ABŞ iqtisadiyyatı ilə bağlı əmək bazarının güclü qalması səbəbindən 2024-cü ildə iqtisadi artımın 2,5 faiz olacağının gözlənildiyi bildirilib.

Hesabatda qeyd olunub ki, inkişaf etməkdə olan ölkələrin ümumi iqtisadi artım proqnozu 2024-cü il üçün 4,1 faizdən 4,2 faizə, 2025-ci il üçün isə 4,5 faizdən 4,6 faizə yüksəlib.

Hesabatda Çin üçün builki artım proqnozu 4,6 faiz səviyyəsində sabit saxlanılarkən, Hindistan üçün 6,4 faizdən 6,8 faizə yüksəldilib.

Türkiye üçün 2024-cü il üçün artım proqnozu isə 2,4 faizdən 3 faizə, 2025-ci il üçün isə 2,7 faizdən 3 faizə qaldırılıb.

Әlaqәli Xәbәrlәr