Türkiyenin kilkə balığı ixracından əldə etdiyi gəliri artıb
2024-cü ilin yanvar-fevral aylarında Türkiyədən kilkə balığı ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.
2024-cü ilin yanvar-fevral aylarında Türkiyədən kilkə balığı ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.
Beləliklə Türkiye 2024-cü ilin yanvar-fevral ayları ərzində kilkə ixracından 2 milyon 119 min 836 dollar gəlir əldə edib.
Məlumata görə, sözügedən dövrdə ölkədən 577 ton kilkə ixrac edilib.
İxrac əməliyyatından iki milyon dollardan çox gəlir əldə olunub.
Yeri gəlmişkən qeyd edək ki, ötən il ölkədən 303 ton kilkə balığı ixrac edilmişdi. Sözügedən ixracdan 1 milyon 569 min 373 dollar gəlir əldə olunmuşdu.
Ən çox ixracın Belçika, Amerika Birləşmiş Ştatları (ABŞ) və Fransaya edildiyi bildirilib.
İlin ilk iki ayında Türkiyedən Belçikaya 524 936, ABŞ-a 401 109, Fransaya 368 287 min dollarlıq kilkə balığı satılıb.
Keçən ilin eyni dövründən fərqli olaraq Hollandiya, İtaliya, Yunanıstan, Rumıniya, Dubay və İraqa da kilkə balığı ixrac edilib.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.